Motosiklet və moped qəzaları: 6 ayda 18 nəfər həlak olub
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda motosiklet və mopedlərin iştirakı ilə 37 yol-nəqliyyat hadisəsi baş verib.
Qəzalar nəticəsində 18 nəfər həyatını itirib, 28 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Komitənin statistikasına görə, həlak olanlardan 1 nəfəri 10–14, 1 nəfəri 15–17, 4 nəfəri 18–20, 3 nəfəri 21–24, 9 nəfəri isə 25–64 yaş qrupuna aiddir. Yaralananlar arasında 15–17 yaş qrupunda 4, 18–20 yaşda 2, 21–24 yaşda 7, 25–64 yaşda isə 15 nəfər qeydə alınıb.
Dream Moto xatırladır: dəbilqə və qoruyucu geyim, uyğun sürücülük kateqoriyası və yol hərəkəti qaydalarına riayət həyat xilas edir.
Mənbə: Avtosfer.az / Dövlət Statistika Komitəsi (22 iyul 2026)
https://avtosfer.az/az/qezalar/motosiklet-ve-moped-qezalari-6-ayda-18-nefer-olub-339609